Reklam

Reklam

unnamed (2)Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev əvvəlcə 6-ci mkr. M.Kazımovski küçəsinin sakinləri və daha sonra 9-cu mkr. A.Məmmədov küçəsinin sakinləri ilə görüşüb.

Görüşdə seçicilər dairə ərazisində olan bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar.

Qaldırılan məsələlərə münasibət bildirən A.Quliyev seçicilərin dəstəyini qazanaraq bu dairədən deputat seçiləcəyi təqdirdə, müvafiq dövlət qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Keçirilən görüşlərdə seçicilər 1 noyabrda yüksək fəallıq nümayiş etdirəcəklərini və Azay Quliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Azay Quliyevin növbəti görüşü oktyabrın 13-də saat 18.00-da rayon ağsaqqaları ilə 8-ci mkr. N.Nərimanov 81a ünvanındakı Kütləvi tədbirlər evində baş tutacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 109
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."