Reklam

Reklam

2c7567775e3495c8367bf0b1b80ac325Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun sədri Kristine Muttonenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində avqustun 15-18-də Türkiyənin Ankara və İstanbul şəhərlərində səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, səfər iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində yaranmış vəziyyətlə tanış olmaq məqsədilə həyata keçirilir.

Nümayəndə heyətinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahraman, baş nazir Binali Yıldırım, xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşləri nəzərdə tutulub.

Qurumun təmsilçiləri Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiya rəhbərləri və deputatları ilə də görüşlər keçirəcək, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Daha sonra Türkiyənin aparıcı mətbuat nümayəndələri, qeyri-hökumət təşkilatları və Türkiyədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri ilə görüşlər keçiriləcək.

Səfər avqustun 19-da başa çatacaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 104
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."