Reklam

Reklam

5d5cf0daafc319af4e6f1798534563e0Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev Koroğlu Rəhimov 53-A ünvanında yaşayan seçicilərin dəvəti ilə onların yaşadığı binada olub. Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən xəbərə görə, seçicilərinin müraciətlərini dinləyən və problemləri ilə yerindəcə tanış olan Azay Quliyev qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq addımlar atacağını bildirib.

Gün ərzində Seçki Qərargahında 100-dən artıq seçici ilə fərdi və kollektiv görüş keçirən Azay Quliyev yenidən deputat seçiləcəyi təqdirdə müvafiq dövlət qurumlarının dəstəyi ilə mövcud problemlərin aradan qaldırılmasına yardım edəcəyini deyib.

Seçicilər Azay Quliyevdən gözləntilərinin böyük olduğunu və 1 noyabrda mütəşəkkilliklə seçki məntəqələrinə gələrək ona səs verəcəklərini vurğulayıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 187
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."