Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Azay Quliyevdən “informasiya savaşı” çağırışı

“Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim edilməlidir”
azay-quliyev
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev son günlər cəbhə bölgəsində baş verənlərlə bağlı bəyanat yayınlayıb.

“İşğalçı Ermənistanın təmas xəttində atəşkəsi pozaraq ordumuzun mövqelərinə etdiyi hücumun və törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycanın Milli Ordusu üzərinə düşən vəzifəni layiqincə və yüksəl peşəkarlıqla yerinə yetirir” deyə başlanan müraciətin Azərbaycan QHT və KİV-lərinə ünvanlanan hissəsində deyilir: “Ancaq hamımız bilirik ki, müharibə təkcə cəbhə xəttində deyil, eyni zamanda informasiya və diplomatiya sahəsində də aparılır. Buna görə də bu gün bizlər- millət vəkilləri, diplomatlar, siyasi partiyalar, QHT-lər, KİV-lər və bütövlükdə hər birimiz belə bir həssas məqamda məsuliyyətimizi və üzərimizə düşən vəzifəni düzgün qiymətləndirməli və adekvat addımlar atmağı bacarmalıyıq. Ən vacib və təxirə salınmaz addımlardan biri beynəlxalq aləm də Ermənistanın aqressiv mahiyyətini ifşa etmək və region üçün bu dövlətin ən böyük təhlükə olduğunu göstərməkdən ibarət olmalıdır. Beynəlxalq qurumlardan aqressorun və işğalçının cəzalandırılmasını tələb etməliyik. Xüsusilə, Azərbaycan XİN-nin Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı verdiyi son bəyanatına bütün vətəndaş cəmiyyəti institutlarının qoşulmasına və onu dəstəkləməsinə ciddi ehtiyac var”.
Millət vəkili beynəlxalq təşkilatları da bu məsələdə passiv mövqe tutmaqda ittiham edib:”ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bəzilərinin verdiyi ənənəvi “narahatıq” bəyanatı qətiyyən qəbul edilə bilməz. Minsk Qrupu nəhayət Ermənistanın son addımlarının nə qədər təhlükəli olduğunu anlamalı və heç olmasa bir dəfə də olsun obyektivlik nümayiş etdirərək Ermənistanın atəşkəsi pozmasını və çoxlu sayda insan itkisinə səbəb olan təxribatlarını ciddi şəkildə pisləməlidir.
Belə bir ədalətlı mövqeyi biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joa Suareşdən də gözləyirik”.

Bəyanatın sonunda Azay Quliyev qeyd edib ki, “Bu baxımdan informasiya və diplomatiya sahəsində əldə etdiyimiz üstünlüyü qoruyub saxlamaq və daha da gücləndirmək üçün bütün QHT-lər , siyasi partiyalar, mətbuat nümayəndələri, dövlət qurumları və bütövlükdə ictimaiyyət vahid mövqedən çıxış etməli və zəruri hallarda fəaliyyətimizi əlaqələndirməliyik. Mən, xüsusilə qeyri-hökumət təşkilatlarını bu günlərdə daha fəal olmağa, Ermənistanın təmas xəttində törətdiyi təxribatla bağlı məlumatları operativ şəkildə beynəlxalq təşkilatlara təqdim etməyə çağırıram”.
Yenicag.az

www.yenicag.az

374