Azay Quliyevin 7-ci mikrorayon, Fərman Məlikov küçəsinin seçiciləri ilə görüşü – FOTOLAR

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün şəhid Fərman Məlikovun adını daşıyan parkda seçicilərlə görüş keçirib.

Seçicilərin müraciətlərini dinləyən Azay Quliyev onların təklifi ilə 8 binanın həyətinə baxış keçirib. Seçicilərin qaldırdığı məsələlərin hamısını seçki qərargahının könüllüləri qeydə alaraq seçicilərin elektron kabinetinə (e-kabinet) daxil edib. Azay Quliyev seçiciləri narahat edən məsələlərin həlli istıqamətində müvafiq addımların atılacağını bildirib.

Daha sonra Azay Quliyev seçicilərdən ikisinin dəvəti ilə onların mənzillərində olub və problemləri ilə maraqlanıb.

Görüşdə çıxış edən seçicilər Azay Quliyevin deputat kimi fəaliyyətini yüksək qiymətləndirdiklərini və növbəti 5 ildə də Milli Məclisdə onları təmsil etməsini istədiklərini bildiriblər.

Xatırladaq ki, 8 Saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev təbliğat-təşviqat kampaniyası başlayan gündən mütəmadi olaraq hər gün seçicilərlə fərdi və kütləvi görüşlər keçirir.