!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azay Quliyevin Seçki Qərargahı: “Təxribat qrupu fəaliyyətdədir”

!Reklam – Yazi

 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində təxribat qrupu fəaliyyətə başlayıb

Bu gün ölkənin hər yerində olduğu kimi, 8 saylı Binəqədi birinci seçki dairəsində də vətəndaşlar azad şəkildə və qanunverciliyə uyğun formada səsvermə hüquqlarını həyata keçirirlər. Ancaq təəssüflər olsun ki, seçici dəstəyi almağa ümidi olmayan bəzi namizədlər artıq təxribat xarakterli hərəkətlərə başlayıblar.
Məntəqələrdən aldığımız məlumata görə əvvəlcədən hazırlanmış təxribat qrupu seçki prosesinə müxtəlif formalarda müdaxilə edirlər. Onlar komissiya üzvlərinin, müşahidəçilərin fəaliyyətinə mane olmağa, süni gərginlik törətməyə, səsverməyə gələn seçicilərdə çaşqınlıq yaratmağa, bununla da normal seçki prosesini pozmağa çalışırlar.
Bu məqsədlə, xüsusi hazırlanmış qrupa hətta saxta jurnalist vəsiqəsi, foto və video çəkiliş aparmaq üçün texniki avadanlıqlar paylanıb. Onlar məntəqələrin qarşısında və içərisində öncədən planlaşdırılmış “ssenarilər” əsasında öyrədilimiş şəxslərdən müsahibələr alır, foto və video çəkilişlər aparırlar. Eyni zamanda hazırladıqları dezinformasiyaları və saxta materialları sosial şəbəkələr vasitəsilə yaymaqla məşğuldurlar.
Bununla bağlı Azay Quliyevin Seçki Qərargahının mətbuat xidməti Mətbuat Şurasının “Qaynar-xətt”inə müraciət edərək mediaya aidiyyatı olmayan şəxslərin saxta jurnalist vəsiqələrindən istifadə edərək 8 saylı Binəqədi birinci seçki dairəsi ərazisində törətməyə çalışdıqları təxribatçı hərəkətlərin qarşısının alınması üçün lazımi tədbirlər görməyə çağırıb.

Deputatlığa namizəd Azay Quliyevin Seçki Qərargahının Mətbuat Xidməti

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv