Reklam

Reklam

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zemfira Nərimanovanın teatrın direktoru Azərpaşa Nemətovun onu rolsuz qoyması xəbərinə reaksiya verilib.

Yeniçağ.az saytına açıqlama verən Akademik Milli Dram Teatrının mətbuat katibi problemin həll olunacağını bildirib:

“Xalq artisti Zemfira Nərimanovanın sizin saytınıza verdiyi açıqlamanı oxudum və düşünürəm ki, bəzi məsələlərə aydınlıq gətirilməlidir. Xatırlayıram ki, bir müddət əvvəl də Zemfira xanım bununla bağlı narahatlığını mətbuat vasitəsi ilə dilə gətirmişdi. Sonradan xalq artisti mətbuatın bu məsələdə onu düzgün anlamamasını bildirdi. Ümid edirəm, budəfəki açıqlamasında eyni hal təkrarlanmayacaq və Zemfira xanım məsələyə yenidən aydınlıq gətirmək məcburiyyətində qalmayacaq. O ki qaldı rol bölgüsünə… Zemfira xanımın Akademik Milli Dram Teatrında son illərdə yaratdığı obrazlara görə tamaşaçıların sevgisini qazanıb, aktrisa kimi sənətkarlıq imkanlarını bir daha nümayiş etdirib. Son illərdə xalq artisti Zemfira Nərimanovanın rol almaması ilə bağlı narahatlığını anlayışla qarşılayıram. Mən təkcə teatrı təmsil edən şəxs kimi yox, həm də Zemfira xanımın tamaşaçısı kimi onu səhnədə görməyi arzu edirəm. Sadəcə, burada vacib bir məsələ var ki, həmin amili hər kəs mütləq nəzərə almalıdır. Tamaşanın müəllifi rejissordur. Rejissora rol bölgüsü ilə bağlı müdaxilə etmək imkanımız yoxdur. Əgər mən Zemfira xanımı tamaşaçı kimi səhnədə görmək istəyirəmsə, bu o demək deyil ki, rejissor mənim istəyimi mütləq nəzərə almalıdır. Səhnə əsərinin bütün tərəflərinə rejissor cavabdehdir, tamaşanın uğuru da, uğursuzluğu da onun adı ilə bağlıdır. Hazırda Akademik Milli Dram Teatrında cari və planlaşdırılmış repertuar siyasəti mövcuddur. Həm Azərbaycan dramaturgiyası, həm də dünya dramaturgiyasından seçilmiş əsərlərin səhnəyə qoyulması planlaşdırılır. Bəzi məsələlər dəqiqləşmədiyindən və teatrdaxili repertuar siyasəti olduğundan onların adlarını açıqlamaq səlahiyyətim yoxdur. Ümid edirəm ki, həmin əsərlər səhnəyə qoyulanda rejissorlar Zemfira Nərimanovanı əsas rollardan birinə dəvət edəcək və tamaşaçılar sevimli aktrisasını səhnədən bir daha alqışlayacaqlar”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 101
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.