!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azər Axşam hansı aparıcını TOPA TUTDU? - "Deyir, burada mənəm, Bağdadda kor xəlifə"

!Reklam – Yazi

“Televiziya rəhbərliyində səhv var ki, aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə deyil, kimdənsə qorxduğuna görə meydan sulamağa imkan verir”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aparıcı Azər Axşam deyib.

O, aparıcılarla bağlı sərt fikirlər səsləndirib:

“Heç vaxt efirdən istifadə etmədim. Çünki efir mənim atamın şirkəti, firması deyil. Əfsuslar olsun ki, bu gün bir çox teleaparıcılar efirə o cür baxırlar. Verilişlərinə də, həmçinin. Sanki proqram onunla birgə doğulub. Günah onlarda deyil ki. Həmin aparıcı da özünü elə aparır ki, burada mənəm, Bağdadda kor xəlifə. Onlara: “Gözünün üstündə qaşın var”, – deyən də yoxdur, istədiyini də ala bilir. Hətta istəmədiyini də işdən çıxara bilir. At oynadır. Sən bir aparıcıya deyirsən ki, gəl kanalımda işlə, səkkiz yüz manat alacaqsan. Aparıcı da deyir ki, o pulla dolana bilmirəm də. Bilir ki, axı o biri həmkarı üç min alır. Deyəndə də, intriqalar yaranır. Ver o pulu, amma məndən kəsib vermə”.

Aparıcı bunu “Üzə-düz” verilişində deyib.

Nehru

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv