Azər Axşam İLK DƏFƏ AÇIQLADI: “O puldan imtina etmişəm, çünki… ”

“Bir çox meyarlar itib, “kim nə deyirsə, desin, təki pulum gəlsin” düşüncəsi var”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azər Axşam verilişində deyib.

O, bu gün sənətdə meyarların dəyişdiyini təəssüf hissi ilə bildirib:

“Mənə də xahiş ediblər ki, uşağım aktyor olmaq istəyir, onu öyrət. Hətta yaxşı pul da təklif ediblər. Demişəm, gəlsin, baxım. On gün, on beş gün sonra baxıb görmüşəm o deyil. Demişəm, sizdən aldığım bu pula görə bu uşağı öyrədə bilməyəcəyəm. Sonda gəlib qapımda dayanacaqsınız ki, əgər hiss etmişdinizsə oğlumdan aktyor ola bilməz, məndən niyə bu pulu almısınız? Qalaram belə ki, mən ona nə cavab verim? Deyim ki, pula ehtiyacım var idi, ona görə? Deyər, pula ehtiyacın var idi deyə, uşağımı kor etməlisən, onu yalançı yola sürükləməlisən? Bu da axı elə biləcək ki, bundan yoxdur. Sabah soruşsalar ki, kimdən dərs almısan, deyəcək, Azər Axşamdan. Deyəcəklər, onun özü heç nə bilmirmiş ki… Bu, mənim adıma xələl gətirər. Yəni bir çox meyarlar itib, kim nə deyir, desin, vecimə deyil, təki pulum gəlsin” düşüncəsi var”.

Cəvahir

COP29