Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Azər Paşa Nemətov: “Söz vermişik, torpaqlarımız qayıdana qədər...” – FOTOLAR

Akademik Milli Dram Teatrında mövsümün bağlanış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, mərasimdə çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov təəsüratlarını dilə gətirib:

“Bu tamaşa bizim teatrda 25 ildir oynanılır. Söz vermişik ki, torpaqlarımız qayıdana qədər mövsümün əvvəlində və sonunda məhz bu tamaşanı nümayiş etdirək. “Qarabağnamə”də bizim tariximiz öz əksini tapıb, ona görə də tarixi öyrənmək hər kəs üçün vacibdir”.


O,həmçinin ötən teatr mövsümünün Akademik Milli Dram Teatrının kollektivi üçün uğurlarla yadda qaldığını deyib.

Daha sonra “Qarabağnamə” tamaşası nümayiş olunub.


Rollarda xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Məsmə Aslanqızı və başqaları çıxış edib.

Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

Cəvahir

www.yenicag.az

1015