Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəzifəsindən istefa verdiyi bildirilir.
Yenicag.az xəbər verir ki, Azər Tağıyev səhhətində olan problemə görə belə addım atmağa məcbur olub.
Qeyd edilib ki, qurumun Nizamnaməsinə uyğun olaraq, növbəti qurultayadək Vəkillər Kollegiyası sədrinin səlahiyyətlərini Azər Tağıyevin müavini Fərhad Nəcəfov icra edəcək.
Ancaq səlahiyyətli mənbələrin məlumatına görə, hakimiyyət A.Tağıyevin səmərəsiz fəaliyyətindən narazı imiş və onu faktiki olaraq istefaya məcbur ediblər.
Ekspertlər də təsdiq edirlər ki, son illərdə Vəkillər Kollegiyası səmərəsiz, formal bir təşkilata çevrilmiş, ictimaiyyət arasında vəkillik institutunu ümumiyyətlə nüfuzdan salmışdı.