Azər Verdiyev: “Ali Baş Komandanın Cocuq Mərcanlı səfəri dünyaya sülh mesajı idi”

Xəbər verdiyimiz kimi 14 iyun tarixində prezident İlham Əliyev Qarabağda cəbhə bölgəsində yerləşən Cocuq Mərcanlı kəndində olub. Prezident burada sakinlərlə görüşüb, bir sıra açılışlarda iştirak edib.

Tarixi səfərə münasibət bildirən QALİB-in sədri, ekspert Azər Verdiyev bunu dünyaya sülh mesajı kimi göndərildiyini dedi:

“Prezident İlham Əliyevin məhz Qurtuluş Günü ərəfəsində Cocuq Mərcanlıya səfər ertməsi əslində gələcək reallıqları bizə göstərmiş oldu. Bu əslində dünyaya sülh mesajı idi. Yəni biz istəsək öz torpaqlarımızı hərb yolu ilə ala bilərik, ancaq biz sülh yolunu seçirik. Biz həm də azad olunmuş əzəli torpaqlarımızda hansı işləri görəcəyik deyə dünyaya əyani sübüt təqdim etdik. Bu səfərin həm də psixoloji tərəfi var. Demək olar ki, Dağlıq Qarabağda hər gün ölən erməni əsgərinin valideynləri Sarkisyan rejiminə 1 sual verir: Oğlumun orda nə işi var idi? Bax elə biz də bu sualı veririk. Erməni əsgəri bizim torpaqlarda nə işi var ki? Əslində bu sualının hüquqi təsdiqi də var. Bütün dünya Ermənistanın işğalçılığını təsdiqləyib. Lakin de fakto proses icrasız qalıb.”

Yenicag.az