Reklam

Reklam

Son 2 gündə Türkiyə ilə Hollandiya arasında ciddi şəkildə diplomatik etirazlar davam etməkdədir. Dünya ölkələri məsələyə müxtəlif prizmadan yanaşırlar.

Məsələyə münasibət bildirən “QALİB”in sədri, icmalçı Azər Verdiyev baş verən olaylarda Holland maskasının yırtıldığını dedi:

“Bu gün Türkiyədə ciddi siyasi proseslər gedir, ölkə seçkilərə hazırlaşır. Digər ölkələrə isə bu siyasi iradəyə hörmət eləmək qalır. Hollandiyanın etdiyi siyasi tərbiyəsizlik sözün elə hər mənasında diplomatik etikadan uzaq addım idi. Mitinq edənləri isə vəhşicəsinə döyməklə Hollandiyanın ata biləcəyi ən son addımı atdı. Videogörüntülər sadəcə dəhşət idi, əslində bu ölkənin əsl simasının nümayişi idi.

Tarixin hər dönəmində güclənən TÜRK dövləti Avropa üçün sadəcə olaraq vahimə yaradıb. Avropa sadəcə olaraq qüdrətli Türkiyədən qorxur. Bu həm də Avropanın insan hüquq və azadlıqlarına hansı prizmadan yanaşdıqlarını göstərdi. Sadə, silahsız insanların üzərinə vəhşi itlərlə, atlarla yürümək hansı normalara sığır? Niyə beynəlxalq təşkilatlar hələ də susmaqdadır?

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 73
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."