!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Statusundan asılı olmayaraq, millətini təhqir edən şəxs vəzifədən azad olunmalıdır”

!Reklam – Yazi

azerverdiyevSon bir ildə ölkəmizdə müxtəlif postlara yiyələnən məmurlar bir-birilərinin ardınca nitqlərində ciddi siyasi səhflərə yol verirlər. Bu da öz növbəsində cəmiyyətimizdə haqlı narazılığa səbəb olur.

Bu sözləri saytımıza Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev deyib: “Bütün hallarda məmurlar öz danışıqlarına ciddi şəkildə nəzarət etməlidirlər. Bugün ölkəmizdə, regionda və dünyada ciddi maliyyə, siyasi və hərbi problemlər yaşanmaqdadır.

Dünya hal-hazırda maliyyə kataklizmi ilə baş-başa qalıb. Təbii ki, bu da öz növbəsində cəmiyyətdə müəyyən aqresiv məqamlar formalaşdırır. Məhz belə bir böhran vəziyyətində məmurlar daha diqqətli olmalı, vətəndaşları narazı salacaq məqamlardan uzaq durmalıdırlar. Lakin təəssüflə qeyd etməliyəm ki, bizdə vəziyyət tam əksinədir. Cəmiyyətin əsas ziyalılarından hesab olunan bəzi deputatlar sanki xalqı aqressiyaya təhriq etmək üçün xüsusi plan hazırlayıblar. Bu nə dərəcədə düzgündür? Vəzifəsindən asılı olmayaraq ölkəsini, millətini təhqir edən şəxs dərhal tutduğu postdan azad olunmalıdır.

Bu həm də toxunulmazlıq statusuna malik olan deputatlara aid edilməlidir. Millət vəkili kimdir? Hansı səlahiyyətlərə malikdir? Vəzifə borcları nədən ibarətdir? Hesab edirəm bəzi deputatlat gərək arada özlərinə bu sualı versinlər. Əks halda xaricdə yaşayan, min bir əziyyətə qatlanan soydaşlarımızı təhqir etmək düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil”.

 

Yenicag.az

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv