Azərbaycan 1 milyard 140 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac etdi

2022-ci ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 140 milyon 865 min ABŞ dolları həcmində kənd təsərrüfatı və emalı məhsulları ixrac edilib.

Bu barədə Yenicag.az-a Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3.2% artıb.