Azərbaycan 10 ölkə ilə viza rejimini sadələşdirdi

459Fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin ediləcək.

Bu barədə AzNews.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu addım Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, insanlararası təmasları artırmaq, turizm səfərləri və işgüzar əlaqələri təşviq etmək məqsədilə atılıb.

Qeyd edək ki, bu qaydalar 2015-ci il noyabrın 10-dan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir.