!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan adını İslamiadanın tarixinə yazdırdı

!Reklam – Yazi

Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb.

Yenicag.az xəbər verir ki, saat 20:00-da Olimpiya Stadionunda “Bakı-2017”-nin rəsmi bağlanış mərasimi baş tutacaq.

Maraq üçün bildirək ki, Azərbaycan qazanılan medalların əyarına görə, bütün ölkələri qabaqlayıb. İdmançılarımızdan 75-i qızıl, 50-i gümüş, 37-i isə bürünc medal qazanıblar. Ümumilikdə təmsilçilərimiz 162 medal əldə edib.

Türkiyə isə İslamiadanı 71 qızıl medalla ikinci pillədə başa vurub. Qardaş ölkənin aktivinə 67 gümüş, 57 bürünc medal yazılıb.

İran isə 39 “qızıl”la üçüncü olub. Cənub qonşumuzun təmsilçiləri İslamiadadan ümumilikdə 98 medal qazanıb ki, bunlardan 26-ı “gümüş”, 33-ü isə “bürünc”dür.

Xatırladaq ki, Azərbaycan qazanılan qızıl medalların sayına görə İslamiadanın tarixinə düşüb.

Yenicag.az

www.yenicag.az

1084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv