Azərbaycan ağırlıqqaldırma üzrə Avropa birinciliyində ilk medalını qazandı

Azərbaycan ağırlıqqaldıranı Qasım İsmayılov (67 kiloqram) Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Yenicga.az xəbər verir ki, birdən qaldırmada 120 kiloqram nəticə göstərən atlet bu hərəkətdə 4-cü olub. Təkanla qaldırma hərəkətində daha yaxşı təsir bağışlayan idmançı 153 kiloqram çəkinin öhdəsindən gəlməklə bu növdə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. Toplamda 273 kiloqram nəticə göstərən Q.İsmayılov Avropa birinciliyində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 atleti – Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kiloqram) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.

COP29