Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan-Aİ münasibətlərində DÖNÜŞ ANI: “Problem Azərbaycana ikili standartlarla yanaşılmasıdır” - ŞƏRH

Reklam: High Technic

“Azərbaycanın sözügedən proqramda iştirakına əsassız surətdə kölgə salan müəyyən yanaşmalardan imtina olunmasına ehtiyac var”.

Bu fikirləri dekabrın 15-də Brüsseldə baş tutacaq Avropa İttifaqı (Aİ) – Şərq Tərəfdaşlığı Sammitinin Azərbaycanla Aİ arasında münasibətlərin gələcəyinə mümkün təsirlərini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Azərbaycanın sözügedən proqramda iştirakına əsassız surətdə kölgə salan müəyyən yanaşmalardan imtina olunmasına ehtiyac var:

“Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına böyük ehtiyac var. Şərq Tərəfdaşlığı proqramı çərçivəsində zaman-zaman qarşılaşdığı ayrı-seçkilik üzündən Azərbaycan bu proqramda öz iştirakına müəyyən fasilələr verməli olub.

Bildiyim qədər, hətta son iki ildə Azərbaycanın bu prosesdə yaxından iştirakı müşahidə olunmur. Bunun da əsas səbəbi Şərq Tərəfdaşlığı proqramının üzvü olan digər ölkələrlə müqayisədə Azərbaycana ikili standartlar əsasında yanaşılmasıdır. Azərbaycan da haqlı olaraq həmin proqramı tərk edə biləcəyini bəyan edib.

Ona görə də Şərq Tərəfdaşlığı proqramının Sammitində hər şeydən öncə Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yaranmış bu fasilənin götürülməsi üçün proqramın rəhbərliyi tərəfindən fundamental addımların atılacağını gözləyirəm. Bu çərçivədə ilk olaraq Azərbaycanın sözügedən proqramda iştirakına əsassız surətdə kölgə salan müəyyən yanaşmalardan imtina olunmasına ehtiyac var”.

A.Zeynalov

www.yenicag.az

208
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100