Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Başiridən ibarət qadın qrupu (gənclər) Avropa çempionatında finala yüksəlib.
Azərbaycan Gimnastika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, komanda temp hərəkətləri proqramında həlledici mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci qitə çempionatı oktyabrın 22-dək davam edəcək.