!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Almaniya birgə sənaye müəssisəsi qeydiyyatdan keçdi

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnteral” MMC-ni dövlət qeydiyyatına alıb.

Yenicag.az xəbər verir ki, yeni şirkətin təsisçiləri “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkətidir.

“İnteral” ASK-ya məxsus hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 14 ünvanında (“ASK Villa”) qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Car Erman olan yeni kommersiya qurumu Gəncədə rəqabətədavamlı alüminium məhsullarının istehsalı, eləcə də ABŞ və Avropa bazarlarına ixracı ilə məşğul olacaq.

“İnteral”ın Müşahidə Şurasının tərkibi də açıqlanıb. Bunlar ASK-nın Baş direktoru Kamran Nəbizadə, “Azəralüminium”un Baş direktoru Maksim Cavadov, Türkiyə vətəndaşı Erol Ayçin, Almaniya vətəndaşları Wilbers Rolf Heino və Kreitzberg Markdır.

Xatırladaq ki, bu il iyulun 18-də “Azəralüminium” və “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb. Mərasimdə bildirilib ki, həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan, yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, I mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. I mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, II mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.

www.yenicag.az

175
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv