Azərbaycan-Almaniya oyununun bütün biletləri satılıb

2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan–Almaniya matçına bütün biletlər satılıb.

AFFA-dan verilən məlumata görə, onlayn bilet alanlar isə biletləri “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərinin, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər.

Yeniçağ.az