Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan artan təxribatlara son qoyacaq”

Reklam: High Technic
“Prezident İlham Əliyev öz çıxışında Paşinyanın sərsəm danışıqlarına getməkdənsə, öz gücümüzə arxalanıb torpaqlarımızı geri qaytarmalı olduğumuzu vurğulayıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən politoloq Ramiyə Məmmədova deyib.
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyandan sülh masasına oturmağı gözləmək sadəlövhlük olar:
“Hər kəs Paşinyandan hakimiyyətə gəldikdən sonra Qarabağ münaqişəsində müsbət dəyişiklik edəcəyini, daha sivil baxışla sülhə gediləcəyini güman edirdi. Lakin Paşinyan hakimiyyəti də digərləri kimi öz erməni xislətini ortaya qoydu. Özünün sərsəm bəyanatları ilə çıxış edən Paşinyan Qarabağ məsələsində Qarabağın özünün masaya oturmasını təklif etdi. Paşinyanın açıqlamaları və həyat yoldaşı Anna Akopyanın Qarabağda hərbi təlim keçməsi onların sülhə razı olmadıqlarını göstərir. Ona görə də ölkə rəhbərimizin dediyi sözlərdə böyük reallıq var. Belə anormal sülh danışığına getməkdənsə, bu oyuna heç qatılmamaq bizim üçün daha hörmətlidir”.
 
R. Məmmədovanın sözlərinə görə, bu məsələni Ermənistanın havadarları olan dövlətlərlə ya müharibə yolu ilə həll etmək lazımdır, ya da Ermənistan ağlını başına yığıb geri çəkilməlidir:
“Ermənipərəst qüvvələr bu işə əl qoymaq istəmirlər. Bugünkü gündə Azərbaycanın yürütdüyü siyasət, yəni Türkiyənin Azərbaycana açıq hərbi dəstək göstərməsi ölkəmizi bir addım irəli aparır. Belə olan halda, Azərbaycanın şansı artır ki, Dağlıq Qarabağ məsələsini öz gücü ilə həll eləsin”.

www.yenicag.az

201