!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Atıcılıq Federasiyasında XAOS - "Çəkiliş olacağını eşidən kimi tanış uşaqları gətirib, əllərinə silah verirlər... " - ŞOK İDDİA

!Reklam – Yazi

Daha bir federasiyadan şikayət var. Belə ki, Vaqif Axundovun prezidenti olduğu Azərbaycan Atıcılıq Federasiyasında xeyli problem var.

Bu barədə Yeniçağ.az-a adının çəkilməyini istəməyən, Atıcılıq üzrə milli komandadan kənarda qalmış üzvlərdən biri məlumat verib. Bildirdiyinə görə, AAF-dakı problemlərin kökü lap əvvələ gedib çıxır:

“Bizim federasiyanın problemləri bir deyil, iki deyil… Təxminən 3 ilə yaxındır ki, dərdimizi heç kim eşitmir. İlk Avropa Oyunları ərəfəsində naşı adamları gətirib milliyə doldurdular. Guya bizdə də bu idman inkişaf edir. Axı niyə öz idmançılarımızı yetişdirmirlər? Yetişdirmək də 1-2 aya olmur, əziyyət çəkmək, vaxt sərf etmək lazımdır. Əgər bir federasiyaya normal maliyyə buraxılmırsa, normal məşqlər keçirilmirsə, oradan necə uğurlu nəticə gözləmək olar ki? Bu dəqiqə millinin tərkibində bu normal atıcı yoxdur, heç bir növdə…

Bakı Atıcılıq Mərkəzinin nə işə yaradığını soruşa bilərsiz?! Heç bir işimizə yaramır. Ora demək olar ki, daha çox atıcılıqla məşğul olmaq istəyən başqa-başqa insanların əyləncə yeri kimi istifadə olunur. Yəni kiminsə könlündən atıcılıq keçirsə, gəlib orada məşğul olur; özü də ödənişli…  Televiziyadan çəkiliş gələcəyini eşidən kimi orta məktəblərdən 2-3 nəfər tanış tutub gətirir, kameralar qarşısında əlinə silah verirlər… Biz də kənardan durub baxırıq.

Ümumiyyətlə, Azərbaycanda atıcılıq Zemfira Meftahətdinova, İradə Aşumova kimi idmançılarla getdi. İradə Aşumova da son vaxta qədər bu idman növü ilə məşğul olurdu, amma onda da son zamanlar alınmırdı.
Belə olan halda federasiya tamamilə ya ləğv oluna bilər, ya da strukturda böyük dəyişiklik edilməlidir. Təki dəyişsinlər. Bəlkə bu zaman gedənlər də qayıtdı bu sahəyə… Ancaq əsas odur ki, gənclərimiz yetişər. Federasiya rəhbərliyinin millinin tərkibində nə baş verdiyindən xəbəri belə yoxdur. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Mətbuat nümayəndələri soruşan kimi, deyirlər ki, ora hazırlaşırıq. Maraqlıdır görəsən necə hazırlaşırlar? Axı heç bir məşq-filan yoxdur… Özlərinin də dediklərinə gülməkləri gəlir.

Bilmirəm bəlkə də pul ayrılır, amma atıcılara çatmadan xüsusi təbəqədə bölüşdürülübr. İndi qalan idmançılara nə maaş verilir, nə də təminat”.

Xatırladaq ki, güllə atıcılığı üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Lunyovdur.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

805
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv