!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan atleti Almaniyada keçirilən turnirdə gümüş medal qazandı

!Reklam – Yazi

Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən “World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanıb.

Yenicag.az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.

N.Babayev Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəsini onlara həsr etdiyini göstərib.

Qeyd edək ki, turnirdə birinci yeri yunanıstanlı atlet Andreas Pantazis (16,79 metr) tutub. Almaniyalı idmançı Maks Hess isə 16,71 metr göstərici ilə yarışda üçüncü yeri əldə edib.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv