Aprelin 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.
Yenicag.az xəbər verir ki, 1996-cı ildən federasiyaya rəhbərlik edən Çingiz Hüseynzadə bu vəzifdən istefa verib.
O, Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib.
Yeni seçki əsasında Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib.