!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan avarçəkəni Avropa çempionu oldu

!Reklam – Yazi

Azərbaycan avarçəkəni Diana Dımçenko Polşanın Qdansk şəhərində keçirilən sahil avarçəkməsi və “beach sprint” üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Yenicag.az-a verilən məlumata görə, milli komandanın lideri bir nəfərlik qayıqda təsnifat mərhələsində finişə birinci çataraq A finalında iştirak hüququ əldə edib.

Finalda 5-ci sırada mübarizə aparan idmançı İrlandiyadan olan Dukarska Monikanı və finlandiyalı Karpinen Eavanı geridə qoyaraq fəxri kürsünün birinci pilləsinə yüksəlib.

İki nəfərlik qayıqda Murad Sadıqov-Boqdan Qladçenko cütlüyü də A finalında mübarizə aparıb və yekunda 6-cı yeri tutub.

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv