Polşada təşkil olunan III Avropa Oyunları başa çatıb.
Yenicag.az xəbər verir ki, yarışda Azərbaycan yığması ümumilikdə 11 – 3 qızıl, 2 gümüş, 6 bürünc medal qazanıb.
Bu nəticə ilə yığma Avropa Oyunlarını 41 ölkə arasında 24-cü sırada başa vurub.
1-ci yeri 100 medal qazanan (35 qızıl, 26 gümüş, 39 bürünc) İtaliya tutub. İspaniya 2-ci (57 medal – 21 qızıl, 17 gümüş, 19 bürünc), Ukrayna isə 3-cü (41 medal – 21 qızıl, 12 gümüş, 8 bürünc) olub.