Xəbər verdiyimiz kimi, ötən gün “Avroviziya 2024”ün finalı baş tutub.
Yenicag.az xəbər verir ki, münsiflər heyətinin verdiyi xalları 2009 təmsilçimiz Aysel Adıgözəlzadə açıqlayıb.
Azərbaycan ən yüksək olan 12 xalı İsveçrəyə verib.
Digər xallar isə aşağıdakı kimi bölüşdürülüb:
Ukrayna-1, Kipr-2, Sloveniya-3, Xorvatiya-4, İsveç-5, İtaliya-6, Gürcüstan-7, Lüksemburq-8, İrlandiya-10.
Qeyd edək ki, 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemo Mettler olub./Qafqazinfo/