Azərbaycan – Avstriya oyununun stadionu müəyyənləşdi

Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib.

Yenicag.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.