Azərbaycan baş nazirinin eks-müşavirinin kürəkəni güllələndi – FOTO/VİDEO

Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana qarşı silahlı hücum olub.

Yenicag.az xəbər verir ki, iş adamı İstanbulda yerli vaxtla dünən axşam 8 radələrində maşınında atəşə tutulub. Naməlum şəxs maşının qapısını aça bilmədikdə, maşının pəncərəsindən iş adamına 5 dəfə atəş açıb. Atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.

Hadisəni törədən 2 nəfər tutulub. 1 tapanca ve 2 ov tüfəngi də yerli vaxtla saat 4 radələrində ələ keçirilib.

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib. Onların toyu Çırağan Sarayında baş tutub.

COP29