Basketbol üzrə Azərbaycan çempionatında final seriyasının üçüncü matçı baş tutub.
Yenicag.az xəbər verir ki, “Xəzri” və “Sabah” komandalarının üz-üzə gəldiyi qarşılaşma “Sərhədçi” İdman Mərkəzində oynanılıb. Görüş ikincilərin 75:59 hesablı qələbəsi ilə yekunlaşıb.
Mayın 24-də seriyanın dördüncü görüşü keçiriləcək.
Komandalar arasında seriyanın birinci görüşü “Xəzri”nin (95:70), ikinci oyunu isə “Sabah”ın (94:63) qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, final seriyasında üç qələbə qazanan komanda ölkə çempionu olacaq./Azertag/