Azərbaycan Basketbol Liqası: “Xəzri”dən gözlənilməz məğlubiyyət

Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış oyununda “Xəzri” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Görüş ikincinin 98:70 hesablı qələbəsi ilə başa çatıb.

Bu turda “Sumqayıt” “Sabah”a məğlub olarsa, “Sərhədçi” 6-cı pillədən pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, turun növbəti oyunları “Neftçi” – “Xırdalan”, “Sumqayıt” – “Sabah”, “Cəlilabad” – “NTD-İndiqo” və “Şəki” – “Gəncə” komandaları arasında keçiriləcək.