!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan bayrağı Silikon vadisində-FOTO

!Reklam – Yazi

144503144462381908_1000x669Oktyabrın 15-də son illərin ən səs-küylü texnoloji yeniliklərinin mənbəyi və ABŞ-da yüksək texnologiyaların mərkəzi hesab olunan Silikon vadisinin paytaxtı San Xose şəhərinin meriyası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Yerli Azərbaycan icmasının təşəbbüsü, San Xose şəhərinin meriyasının dəstəyi ilə həyata keçirilən və 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan bu tədbirdə San Xose şəhərinin meri Sem Likardo və şəhərin icra şurasının üzvləri Tam Nguyen, Coni Xamis və digərləri, Azərbaycan icmasının üzvləri, həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən San Xose şəhərinin meri S.Likardo bu tədbirin ənənəyə çevriləcəyinə ümid etdiyini deyib, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinin vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycan icmasının bu şəhərdəki rolundan danışıb.

San Xose İcraiyyə Şurasının üzvləri çıxışlarında dost Azərbaycanın müstəqilliyini şəhərlərində qeyd etməkdən məmnun olduqlarını qeyd ediblər və ölkəmizlə San Xose şəhəri arasında təmasların intensivləşməsinə ümid etdiklərini söyləyiblər.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov tədbirin təşkilinə görə yerli Azərbaycan icmasına və San Xose meriyasına təşəkkürünü bildirib. O, San Xose əhalisinin müsəlman Şərqində ilk demokratik respublika, əsrlər boyu müxtəlif din və mədəniyyətlərin təmsilçilərinin sülh və əmin-amanlıq şəraitində yaşadığı ölkə olan Azərbaycan ilə daha yaxından tanış olması imkanı baxımından bu tədbirin vacibliyini qeyd edib, iştirakçılara ölkəmiz haqqında qısa məlumat verib.

Mərasimdən sonra meriyanın Rotonda binasında ziyafət verilib və Azərbaycan musiqiçilərinin ifasında milli musiqimiz səslənib.

Qeyd edək ki, San Xose şəhərində geniş və fəal azərbaycanlı icması yaşayır.(Azertag.az)

1445031444992048979_1000x669

14450314445137544726_1000x669 1445031444582916832_1000x669

www.yenicag.az

658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv