Azərbaycan beynəlxalq axtarışda olan 2 şəxsi Özbəkistana təhvil verib.
Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Özbəkistan vətəndaşları 1985-ci il təvəllüdlü Xasanov Siyavuş Xalimoviçin və 1990-cı il təvəllüdlü Abduraximov Sarvar Kamolitdin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistan Respublikasının qanunvericiliyinə uyğun olaraq dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilən Siyavuş Xasanov və Sarvar Abduraximov cari il mart ayının 6-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.