!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan beynəlxalq təşəbbüsdə qalmaq üçün səy göstərəcək

!Reklam – Yazi

sahmar“Azərbaycanda Mədən hasilatı üzrə Şəffaflıq Beynəlxalq Təşəbbüsünün icrası prosesində iştirak edən vətəndaş cəmiyyəti üzvlərinin şəraitlərinin yaxşılaşdırılmasına səy göstəriləcək.”

Yeniçağ.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru, MSŞT-nin icrası üzrə Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov “Trend”ə müsahibəsi zamanı məlumat verib.

Qrup sədri bildirib ki, 2015-ci ilin aprel ayında Qiymətləndirmə prosesindən (2015-ci ilin yanvar ayında baş tutan) sonra Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin qərarına əsasən ölkəmizin MHŞT-dəki statusu “Tamhüquqlu üzv”dən “Namizəd ölkə” statusuna endirilib: “MHŞT üzrə Beynəlxalq İdarə Heyəti Azərbaycanın “Tamhüquqlu üzv” statusunu bərpa edə bilməsi üçün növbəti Qiymətləndirməyədək (2016, iyul) yerinə yetirilməli islahedici addımları müəyyən edib. 2015-2016-cı illər ərzində Azərbaycanda MHŞT Standartının tələblərinə uyğun olaraqMHŞT-nin ölkədə tətbiqi davam etdirilib, Beynəlxalq İdarə Heyəti tərəfindən müəyyən edilmiş islahedici addımların icrası ilə bağlı müəyyən fəaliyyətlər və Təşəbbüsün tətbiqi çərçivəsində əksər işlər həyata keçirilib.

2016-cı ilin iyul ayında MHŞT üzrə növbəti Qiymətləndirmə keçirilib və Beynəlxalq İdarə Heyətinin cari ilin 26 oktyabr tarixində Astanada baş tutmuş sonuncu iclasında Azərbaycanın MHŞT-nin tətbiqi üzrə gördüyü işlərə əsaslanaraq qəbul etdiyi qərara əsasən Azərbaycan MHŞT çərçivəsində “Namizəd ölkə” statusunu saxlayıb. Beynəlxalq İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tətbiqində iştirak edən qeyri-hökumət təşkilatlarının və həmçinin qrantların qeydiyyata alınması ilə bağlı konkret suallara dair islahedici tədbirlərin hökumət tərəfindən həyata keçirilməsi üçün Azərbaycana İdarə Heyətinin növbəti iclasınadək (mart 2017-ci il) vaxt verilib. Həmçinin 2017-ci ilin iyul ayınadək Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin MHŞT prosesinin tətbiqində iştirakını və MHŞT hesabatlılığı sahəsində bəzi texniki məsələlərin həlli istiqamətində müəyyən tələblərin yerinə yetirilməsini təmin etməlidir.”

Ş.Mövsümov bildirib ki, MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin son iclasından sonra (24-26 oktyabr 2016, Astana) Azərbaycanın MHŞT üzrə Çoxtərəfli Qrupu tərəfindən Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair irəli sürdüyü şərtlərin müzakirəsinə başlanılıb və islahedici tədbirlər üzrə Fəaliyyət Planının hazırlanması qərara alınıb: “2017-ci ildə də MHŞT Standartının bütün tələblərinə uyğun olaraq Təşəbbüsün ölkədə həyata keçirilməsi davam etdiriləcək və MHŞT prosesində iştirak edən vətəndaş cəmiyyəti üzvlərinin şəraitlərinin yaxşılaşdırılmasına səy göstəriləcək.”
Qeyd edək ki, MHŞT İdarə Heyətininin Astanada qəbul etdiyi qərara əsasən gələn ilin martında olacaq növbəti toplantıyadək Azərbaycan QHT-lər üçün tətbiq olunan reyestrdən çıxarış, Ədliyyə Nazirliyində qrant qeydiyyatı və xarici donorun qrantının məqsədəuyğunluğuna dair rəy alması və dövlət orqanları tərəfindən qeydiyyatdan keçirilməsi qaydalarını ləğv etməlidir. Bunlar reallaşmasa, ölkənin MHŞT-dəki fəaliyyətinin dondurulması ehtimalı çox yüksəkdir.

Yenicag.az

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv