Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində əməkdaşlığa dair müzakirələr aparıb.
Yenicag.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti Denis Frensis ilə görüşdük. Azərbaycan-BMT əlaqələrinin müxtəlif platformalarda inkişafı, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası,istiqamətində əməkdaşlığa dair faydalı müzakirələr apardıq”,- nazir qeyd edib.