Azərbaycan BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəlik təsis edir.
Yenicag.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Toplantıda “Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.