!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan boksçuları ABŞ-də 4 medal qazandı

!Reklam – Yazi

Azərbaycan boksçuları ABŞ-ın Pueblo şəhərində təşkil olunan beynəlxalq turnirdə daha 3 medal qazanıb.

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 57 kq-da Ümid Rüstəmov çempion tituluna yiyələnib. Ardıcıl olaraq çinlilər – Xinyan Vanq və Ping Lyunu məğlub edən idmançı finalda yerli ölkə təmsilçisi Julius Ballo ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Rüstəmovun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

51 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda çinli Xinminq Ma ilə qarşılaşıb. Rəqibinə uduzan boksçu ikinci yerlə kifayətlənib.

92 kq-dan yuxarı çəkidə çıxış edən Məhəmməd Abdullayev də turniri gümüş medalla bitirib. Dünya çempionatının mükafatçısı finalda Avropa çempionu olan almaniyalı Nelvi Tiafakla bacarmayıb.

Beləliklə, yarışa 6 boksçu ilə qatılan yığma yekunda 1 qızıl, 2 gümüş və 1 bürünc medala yiyələnib. Daha əvvəl Nəbi İsgəndərov (71 kq) 3-cü teri tutmuşdu.

Qeyd edək ki, avqustun 24-dən ABŞ-ın Kolorado ştatının Denver və Pueblo şəhərində təlim-məşq toplanışı keçən milli komanda sentyabrın 17-də Bakıya qayıdacaq.

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv