Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Yenicag.az xəbər verir ki, komanda yoldaşlarının uğurunu 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Allahverdiyev davam etdirib. O, 1/4 finalda Matvi Raybanı (Ukrayna) mübarizədən kənarlaşdırıb – 3:2 (30:27, 30:27, 28:29, 30:27, 28:29). Allahverdiyev finala gedən yolda serbiyalı Ahmed Mavriçlə qarşılaşacaq.
Bununla da yarımfinala yüksələn Azərbaycan boksçularının sayı 4-ə çatıb. Daha əvvəl Marjona Savriyeva (50 kiloqram), Tural Sarıyev (48 kiloqram) və Nicat Hüseynov (51 kiloqram) 1/2 finala adlamaqla ən azı bürünc medalı təmin ediblər.