Azərbaycan millisi 22 yaşadək boksçular arasında Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatının hazırlıqlarına başlayıb.
Yenicag.az xəbər verir ki, Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, yığma əsas millinin baş məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Bakı Boks Mərkəzində təlim-məşq toplanışına start verib.
Gündə 2 dəfə məşq edən komandanın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Fevralın 21-də start götürən hazırlıq prosesi 2 həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.
Qeyd edək ki, Avropa çempionatı 11 – 24 martda gerçəkləşəcək.