Azərbaycan boksçuları beynəlxalq turniri beş medalla başa vurublar

Azərbaycan boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialını beş medalla başa vurublar.

Bu barədə Yenicag.az-a Boks Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, millinin heyətində çıxış edən Maqsud Xasmetov (60 kq) turnirin qalibi olub.

O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.