Azərbaycan-Bolqarıstan milliləri heç-heçə etdi – YENİLƏNDİ 3

Futbol üzrə Azərbaycan millisi Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində sonuncu oyununu keçirib.

Yenicag.az xəbər verir ki, yığmamız Tofiq Bəhramov adına Respublika Stadionunda Bolqarıstan seçməsini qəbul edib.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev açıb. Komandamızın heyətində yeganə qola isə 87-ci dəqiqədə Musa Qurbanlı imza atıb.

Digər görüşdə isə Tanzaniya seçməsi Monqolustan yığmasını 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi kollektiv turnir çərçivəsindəki ilk matçında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

***22:09

Qonaqların heyətində Filip Krastev 59-cu dəqiqədə fərqlənib.

***

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

***19:41

“FIFA series–Edition 2024” layihəsində qarşılaşacaq Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

Yenıcag.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

COP29