Azərbaycan bu il nə qədər borc qaytarıb?

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsi xərclərinin 4 186,5 milyon manatı və yaxud 74,4% cari xərclər, 1 094,2 milyon manatı və yaxud 19,4%-i əsaslı xərclər, 348,8 milyon manatı və yaxud 6,2%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% çox, 4,9% az və 12,3% azdır.