Azərbaycan bu Konvensiyaya qoşulacaq

Azərbaycan Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasına qoşulacaq.

Yenicag.az xəbər verir ki, Milli Məclis (MM) Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edəcək.

Məsələ MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sabahkı iclasında müzakirəyə çıxarılacaq. Daha sonra məsələ MM-in plenar iclasında müzakirə olunacaq.