Azərbaycan buğda idxalını kəskin azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 134 min 870 ton buğda idxal edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu həcmdə buğdanın dəyəri 30 milyon 888 min ABŞ dollar dəyərində olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 133 min 244 ton (2 dəfə), dəyər baxımından isə 51 milyon 099 min ABŞ dollar (2,6 dəfə) azdır.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib.

COP29