Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Azərbaycan: Burada və indi: İncəsənətlə silahlanaraq” onlayn sərgisi başlayır

Virtuallıq reallığa xidmət etməlidir.
Bu gün, rəşadətli Azərbaycan ordusunun illərdir ki, işğal altında olan torpaqları azad etdiyi bir gündə, paytaxt qalereyası “QGallery” Berlində yerləşən filialı “QGallery Berlin” ilə birlikdə 2020-ci ilin oktyabr ayının ortalarından etibarən “Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” adlı onlayn sərgisinin  keçirilməsinə təşəbbüs göstərib.
Bu sərgi müxtəlif ölkələrdə yaşayan xalqların həmrəyliyini nümayiş etdirmək, bəşəriyyətin vahid taleyinin yaranması ilə bağlı xoş məramları ifadə etmək, habelə sülhpərvər əməkdaşlığın, dünyaya açıqlığın, inklüzivliyin və qarşılıqlı dərketmənin ruhunu izah etmək üçün keçirilir. Bu incəsənət layihəsinin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bütün dünyada tanınması və dəstəklənməsi, habelə İNCƏSƏNƏTİN şəxsiyyətin, cəmiyyətin və ətraf mühitin rifah halının yaxşılaşdırılmasına necə təkan verməsi haqqında  məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Bu sərginin keçirilməsi ilə biz bütün dünyaya sülh ismarıcını göndəririk!
Heç bir ölkə bu prosesdən kənarda qala bilməz və sülhün bərqərar olunması üçün əlimizdə olan yeganə güclü silah həmrəylik və əməkdaşlıqdır!
Bütün mədəniyyət ocaqlarının kütləvi şəkildə bağlandığı, COVID-19 pandemiyasının ən qızğın dövründə incəsənət sürətlə onlayn rejimə keçdi və keçməyə davam edir.
Bir sözlə, koronavirus mədəniyyət həyatını internetə köçürüb. Yeni işlər əlavə olunduqca, “Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” adlı onlayn sərgi yenilənir. Bu gün sərgi çərçivəsində artıq Argentina, Latviya, Azərbaycan, İordaniya, Hindistan, Almaniya, ABŞ, İran, Rumıniya, Bolqarıstan, Makedoniya, Serbiya, Özbəkistan, Tunis, Belçika, Ukrayna, Yunanıstan, Gürcüstan, Çexiya, Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə və Kolumbiya daxil olmaqla, 25 ölkədən 56 rəssam və heykəltəraşın işləri təqdim olunub.
Onlayn sərgidə iştirak etmək istəyən rəssamlar [email protected]  elektron poçt ünvanına öz layihələrini göndərərək layihədə iştirak üçün ərizəni verə bilərlər. Təqdim olunacaq layihələr (əsərlər) artıq mövcud ola bilərlər, lakin onlar onlayn sərginin əsas ideyasını və məqsədini əks etdirməlidir.
İncəsənətdə olduğu kimi, iştirakçılar qarşısında heç bir yaş məhdudiyyəti qoyulmur; onlayn sərgidə iştirak pulsuzdur. İncəsənət sərhəd tanımır!
Sərgidə artıq nümayiş olunan əsərlərlə https://www.facebook.com/peaceforart/https://www.facebook.com/peaceforart/ buradan tanış ola bilərsiniz.

www.yenicag.az

192