!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan bütün məsələlərdə Türkiyənin yanında olan ilk ölkə olub" - Sinan Oğan

!Reklam – Yazi

Azərbaycan-Türkiyə münasibətləri, iki ölkə arasındakı əlaqələr və digər məsələlərlə bağlı TÜRKSAM sədri, keçmiş Türkiyə millət vəkili Sinan Oğan Yenicag.az-ın suallarını cavablandırıb.

– Azərbaycan-Türkiyə münasibətləri barədə sizin fikirlərinizi bilmək istəyərdik.

– Mənə görə, Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən gözəl dövrünü yaşayır. İki həftə öncə İzmirdə “Star” Neft Emalı Zavodunun açılışı oldu. Həmin açılışa iki dövlət rəhbəri də qatıldı. İstər iqtisadi, istərsə də siyasi tərəfdən Türkiyə-Azərbaycan münasibətlərində heç bir problem yoxdur. İqtisadi münasibətlər üst səviyyədədir. İstərdik ki, bu münasibətlər daha da yaxşı olsun. Bunun üçün də qarşılıqlı olaraq çalışmalıyıq.

Bakı səfərimiz Turan Yazganın anımı ilə bağlıdır. Təhsil sahəsinə də əlaqələr əladır. Bu günə qədər 125 min azərbaycanlı Türkiyədə təhsil alıb. Azərbaycandakı türk liseylərinin sayını artırmaq lazımdır. Təhsil sahəsindəki münasibətləri inkişaf etdirsək, yetişəcək mütəxəssislər iki ölkə arasındakı münasibətləri daha da irəliyə çəkəcəklər.

Türkiyənin bütün önəmli məsələlərində – FETÖ ilə mübarizədə, “erməni soyqırımı” iddiaları ilə bağlı məsələlərdə Azərbaycan Türkiyənin yanında olan ilk ölkə olub. Türkiyə də Azərbaycanın Qarabağ problemində və beynəlxalq məsələlərində qardaş ölkə kimi daim yanında olub.

– İki dövlət arasındakı münasibətlər bir layihə ilə, “Star” zavodunu nəzərdə tuturam, yetinməməlidir.

– Sadəcə bu deyil. Enerji Azərbaycanın ən önəmli gücüdür. Azərbaycanla Türkiyə arasında dəmiryol xətti layihəsi var. Türkiyədə son dönəmlərdə lirənin yüksəlişə keçməsi Türkiyəni Azərbaycan üçün yatırım etmək məqsədilə daha cazibədar edib. Azərbaycanın sadəcə dövlət olaraq deyil, özəl sektorunun da Türkiyədə iş görməsini gözləyirik. Azərbaycandakı iş adamları daha uyğun şərtlərdə Türkiyəyə gəlib fabriklər aça bilərlər. Bu səbəblə münasibətləri təkcə dövlətlər arasında gözləməməliyik. Özəl sektor arasında da münasibətləri inkişaf etdirmək lazımdır. İnanıram ki, azərbaycanlı iş adamları Türkiyəyə investisiya qoyacaqlar. Necə ki, türkiyəli iş adamları bunu Azərbaycanda edir.

Mənə sual versəniz ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə hansı problem var? Ömrünü bu işə həsr etmiş biri kimi deyirəm ki, heç bir problem yoxdur.

Səxavət Məmməd

www.yenicag.az

6941
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv