Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulub.
Yeniçağ.Az xəbər verir ki, “Bakcell Arena”da keçirilmiş turun mərkəzi görüşünün taleyini bir qol həll edib.
39-cu dəqiqədə Namiq Ələsgərov dəqiq zərbə ilə “Neftçi”yə qələbə qazandırıb – 1:0. Beləliklə, turun bütün qarşılaşmaları meydan sahiblərinin minimal hesablı qalibiyyəti ilə yekunlaşıb. Bunadək “Kəpəz” “Zirə”ni, “İnter” “Sumqayıt”ı, “Qarabağ” isə AZAL-ı bir qolla üstələyib.
Bu məğlubiyyətdən sonra “Qəbələ” liderliyi əldən verib. Əvəzində “Qarabağ” 48 xala 1-ci pilləyə yüksəlib və ən yaxın izləyicisini 2 xal geridə qoyub. “Neftçi” isə xallarını 23-ə yüksəldərək, yenidən 6-cı pilləyə qayıdıb.
Azərbaycan Premyer Liqası
XXII tur
14 mart (çərşənbə axşamı)
17:00 “Qarabağ” – AZAL – 1:0
Qol: Dino Ndlovu, 68
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
“Azersun Arena”
İlk 3 dövrə – 6:0, 1:0 və 2:1
Yeniçağ.Az