Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Yeniçağ.Az xəbər verir ki, günün ikinci matçında “İnter” “Qəbələ”ni qəbul edib.
Bu kollektivlərin ilk iki dövrədəki oyunlarında heç-heçə qeydə alındığı halda, “Qəbələ” üçüncü dövrənin son turunda tilsimi qırıb. Əyalət təmsilçisi cari çempionatda məğlub edə bilmədiyi yeganə komanda olan “İnter”i 2 cavabsız qolla yenib. Qonaqların heyətində Tellur Mütəllimovla Daniel Subotiç fərqlənib.
Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 13-cü qələbəsini qazanaraq xallarını 46-ya çatdırıb və liderliyi “Qarabağ”dan geri alıb. “İnter” isə 36 xalla 3-cü sırada qalıb.
Qeyd edək ki, XXI turun açılış matçında “Qarabağ” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.
“İnter” – “Qəbələ” 0:2
Qollar: Tellur Mütəllimov, 71, Daniel Subotiç, 81
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“İnter Arena”
İlk iki dövrə – 0:0, 1:1
Yeniçağ.Az